Gənclər və İdman Nazirliyinin 2009-cu ilin l yarımilliyi üçün təsdiq edilmiş perspektiv iş planınına əsasən Tələbə və tələbə təşkilatları ilə iş sektoru tərəfindən "Tələbə baharı" tələbələrin lll ümumrespublika yaradıcılıq festivalının keçirilməsi planlaşdırılır.
Festivalın keçirilməsində məqsəd, tələbə gənclərin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, onların asudə vaxtlarının səmərəli təşkil edilməsinə, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.
Qeyd edilənləri nəzərə alaraq, 2009- cu ilin may ayının 21-22-də Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "Tələbə baharı" tələbələrin lll yaradıcılıq festivalının seçim mərhələlərinin,may ayının 27-də isə Qala konsertin keçirilməsi planlaşdırılır.
Festivalda Bakı şəhərində fəaliyyət göstərən ali məktəblərlə yanaşı Gəncə, Lənkəran, Mingəçevir və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ali məktəblərin yaradıcılıq kollektivləri və istedadlı tələbələr iştirak edəcəklər.
Əlavə məlumat almaq istəyənlər bu telefona müraciət edə bilərlər 465-64-43














