Ministry of Youth and Sports
2012-01-17 12:16
2012-01-17 10:51
2012-01-16 15:47
2012-01-16 12:04
2012-01-12 10:55
2012-01-12 10:53
2012-01-09 17:42
2012-01-05 14:07
2012-01-05 10:39
2011-12-29 15:00
2011-12-28 17:32
2011-12-28 11:51
2011-12-27 17:30
2011-12-27 16:35
2011-12-24 14:34
2011-12-24 13:59
2011-12-23 12:28
2011-12-19 13:46
2011-12-17 15:17
2011-12-16 21:05
Gənclər tədbirləri
2009-11-26 17:41
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasına 2 dekabr start veriləcək

2-11 dekabr 2009-cu il tarixdə Azərbaycanda Beynəlxalq Elm Olimpiadası keçiriləcəkdir. Olimpiada 15 yaşlı yeniyetmələr arasında fizika, kimya və biologiya fənləri üzrə keçiriləcək. 49 ölkədən olan 600-dən artıq tələbə və onların müəllimləri dekabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan Yeniyetmələrin Vİ Beynəlxalq Elm Olimpiadasında iştirak etmək üçün artıq müraciət edib.
Olimpiadanın loqosunun əsasını bütün türk dünyası, Şərqi-Asiya ölkələrinə çox yaxşı tanış olan və özündə alovun dilini, gülü, həyatın başlanğıcını, yüksəlişə olan qüvvə, dəyişikliyi cəm edən “Buta” simvolu təşkil edir.

Tədbir Azərbaycan Hökuməti, Heydər Əliyev Fondu, İJSO (International Junior Science Olympiad), Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilir. Tədbirə sədrliyi ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva edir.
Əvvəlki 5 olimpiada İndoneziya (2004, 2005-ci il), Brazilya (2006-ci il), Tayvan (2007-ci), Koreyada (2008-ci) keçirilib.
Olimpiadaya hazırlıq məqsədi ilə artıq Təhsil və Elm Komitələri, eyni zamanda, Olimpiadanın keçirilməsinə məsul qurumların nümayəndələrinin iştirakı ilə İşçi qrupu yaradılıb. Qeyd edək ki, Olimpiadanin Elmi Komitəsinə görkəmli alim, Azərbaycan Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev, Təşkilat Komitəsinə isə gənclər və idman naziri Azad Rəhimov rəhbərlik edir.

Olimpiadanın işçi qərargahı bu ilin mart ayından fəaliyyətə başlayıb.
Olimpiada zamanı veriləcək suallara gəldikdə isə milli mütəxəssilərin iştirakı ilə fizika, kimya və biologiya fənləri üzrə test, nəzəri və eksperiment/təcrübə tapşırıqları hazırlanıb.
Təcrübə üçün avadanlıq xarici ölkələrin şirkətlərində sifariş edilib.
Olimpiada zamanı ölkəmizə təşrif buyuracaq tələbələr, onların müəllimləri (liderləri), müşahidəçilər üçün Azərbaycan tarixi və mədəniyyəti ilə tanışlıq üçün xüsusi proqramlar hazırlanıb.

Qonaqların müşahidəsi üçün 100-dək könüllü müəyyənləşdirilib və onlar üçün əlavə hazırlıq təlimləri keçirilib.

 

AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 496

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az
IDMAN.COM.AZ

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva