2010-05-18 17:39
1 mart – 31 iyul 2011-ci il tarixlərində Berlində Almaniya Bundestaqının Beynəlxalq Parlament Təqaüdü proqramı təşkil olunacaqdır. Bu proqram dünyanın hər yerindən olan gənclərə alman parlament sisteminin nəzəriyyə və praktikasını öyrənmək imkanı verir. Təqaüdçülər 5 ay müddətində Bundestaq deputatı yanında iş təcrübəsi keçəcək və eyni zamanda Berlin universitetlərində istədikləri dərslərdə iştirak edə biləcəklər.
Proqramda 30 yaşından aşağı, ali təhsilli və alman dilində sərbəst danışan Azərbaycan vətəndaşı iştirak edə bilər. İştirakçıların yaşayış sığorta və yol xərcləri ödənilir, o cümlədən onlara ayda 450 avro məbləğində təqaüd verilir.
28 ölkədən təxminən 120 nəfərin iştirakı edəcəyi bu proqramda 5 yer Azərbaycan gəncləri üçün ayrılıb.
Iştirak etmək istəyənlər öz haqlarında məlumat (tərcümeyi-hal) 28 may 2010-cu il tarixədək Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektoruna təqdim etməlidirlər.
Telefon : 465 84 19
E mail: eaysu@mys.gov.az
bfuad@mys.gov.az














