Press

News

View all

Speeches

View all

Nazirin-Nöqtyei Nəzəri №8

Ötən ay yüksək nəticələr, kütləvilik, sistemli yaradıcılıq və fəallaşma dövrü oldu. İdmançılarımızın növbəti beynəlxalq uğurlarına şahid olduq. Komandalarımızın medal qazanmaları bizi bir daha qürurlandırdı.İdmana dövlət qayğısı: Aprelin 8-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionatından qalib qayıtmış güləşçilərimizi qəbul etdi. Güləş komandalarımızın Avropa birincisi olmasını yüksək qiymətləndirən cənab prezident xüsusi olaraq qeyd etdi ki, həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq, böyük nailiyyətimizdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır, güclü gənc nəsil yetişir. Böyüklər arasında biz öz gücümüzü hər dəfə təsdiqləyirik, ölkəmizin idman şöhrəti və bütövlükdə ölkəmizin nüfuzu artır.Görüşdən sonra Azərbaycan Prezidentinin Güləş Federasiyasına maliyyə ayrılması haqqında sərəncamı dövlətin idmana qayğısının növbəti nümunəsi oldu. VİDEO 1 | VİDEO 2Beynəlxalq uğurlar: İdmanımızın beynəlxalq uğurları baxımından da ötən ay yaddaqalan oldu. Cüdoçularımızın Bolqarıstanda qitə çempionatını bir qızıl, iki bürünc medalla başa vurması idmançılarımızın qitə uğurlarının davamlı olmasına zəmin yaratdı. Bədii gimnastika üzrə FİG dünya kubokunun ölkəmizdə təşkili və gimnastlarımızın uğurlu çıxış edərək qızıl medal qazanmaları ötən ayın uğurları siyahısına yazıldı. Çexiyanın Ostrava şəhərində üzgüçülərimizin 5 medal qazanması, bu idman növündə mövcud şəraitdən səmərəli istifadəyə rəvac verməsinə inam yaradır.    VİDEO 1 | VİDEO 2Beynəlxalq əməkdaşlıq: Ötən ay İsrail Dövlətinin turizm naziri Yoel Razvazovla danışıqlar aparılıb, iki ölkə arasında idman sahəsində əməkdaşlıq haqqında “Birgə Bəyannamə” imzalanıb. Əlcəzairin və Qətərin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, Gürcüstan Basketbol Federasiyasının rəhbərliyi, Malayziya Olimpiya Şurasının baş katibi, Gimnastika Federasiyasının prezidenti və Malayziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşlər keçirilib.     Qalib idmançılarla görüşlər: Nazirlikdə də bir sıra idmançılarla görüşüb, növbəti qələbələri münasibətilə təbrik etdik. Avropa çempionatında uğurla çıxış etmiş gənc boksçularımız, “Isuzu Ironman” turnirində uğurla çıxış edərək, Azərbaycanın ilk “dəmir qadını” adını qazanmış Rəbiyyə Orucova, Azərbaycan triatlonçusu Rostislav Pevtsov, qitələrarası boccia çempionatında 2 qızıl və 1 bürünc medal qazanmış paralimpiyaçılarımız, eləcə də, Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fizievlə görüşlərdə Azərbaycan idmanının bu günü və sabahı mövzusunda müzakirələr aparılıb.    Gənclərlə görüşlər: Aprelin 9-da Saatlı, Sabirabad, Tərtər, Bərdə, Yevlax, İmişli rayonları, Naftalan və Şirvan şəhərlərinin fəal gəncləri ilə görüş keçirilib. Toplantıda qeyd edilən rayonların gənclər və idman idarələrinin, müxtəlif gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Regionda yaşayan gənclərin ictimai fəallığının daha da artırılması, yeni ideyaların həyata keçirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb. VİDEOAprelin 18-də isə, fəaliyyəti sosial məsələləri əhatə edən gənclər təşkilatlarının nümayəndələri ilə Xırdalan şəhərində görüş olub. Narkomaniyaya qarşı birgə mübarizə, erkən nikah, gənclərin məşğulluğu, regionlarda yaşayan gənclərin qarşılaşdıqları problemlər, gənc ailələrə dəstək, internat məzunları ilə iş, əlil gənclərin idmana cəlb edilməsi və s.  istiqamətlər üzrə birgə layihələrin icrası ilə bağlı müzakirələr aparılıb. VİDEODaha bir görüş isə, aprelin 29-da, əsas fəaliyyəti iqtisadi biliklər və hüquqi maarifləndirmə olan gənclər təşkilatları ilə keçirilib. Gənclərin ictimai fəallığının daha da artırılması, yeni ideyaların həyata keçirilməsi və digər mühüm məsələlər barədə müzakirələr aparılıb.Bölgələrə səfərlər: Yevlax, Bərdə, Tərtər, Naftalan, İmişli, Saatlı, Sabirabad və Şirvandakı Olimpiya İdman Kompleksləri, stadion, UGİM və digər idman infrastrukturuna baxış keçirilib. Qurğuların səmərəli fəaliyyəti və əhali üçün əlçatanlığı yerli mütəxəssislərlə müzakirə edilib. Həmçinin Xırdalan şəhərində şahmat məktəbinin fəaliyyəti və Abşeron Olimpiya İdman Kompleksinin şəraiti ilə tanış olub, buradakı məşq zallarına, stadiona və mehmanxanaya baxış keçirilib.   VİDEOQəbullar: Aprelin 8-də Naftalan şəhərində Naftalan, Xocalı və Goranboy sakinləri, eləcə də hər həftə nazirlikdə Bakı və yaxın rayonlardan vətəndaşları qəbul etmişik. Bu, əhalini qayğılandıran əsas məsələləri görmək, onlara dəstək göstərməklə yanaşı, ölkənin bəzi sosial sahələrdə apardığı siyasəti izah etmək imkanını verir. Ölkədaxili yarışlar: Kişi voleybolçular arasında keçirilən “Zəfər kuboku”nun final matçında, ağırlıqqaldırma, həndbol, bodibildinq, şaquli qaçış və digər idman növləri üzrə Azərbaycan çempionatlarında iştirak etdik, bir sıra dəyişikliklərin, yeniliklərin şahidi olduq. II Azərbaycan Autizm Festivalında, xüsusi diqqətə ehtiyacı olan uşaqlar üçün stolüstü tennis yarışlarında, Pirallahı qəsəbəsində “Ironwind duatlon” turnirində də iştirak etdik. Daxili yarışların səviyyəsinin yüksəlməsi və rəqabətin artması fonunda beynəlxalq uğurlara nikbin baxmaq olar.    Federasiyaların akkreditasiyası və hesabat-seçkiləri: Aprel ayında 3 federasiyanın akkreditasiyası təsdiqlənib, 3 federasiyanın isə statusu dayandırılıb. İnanırıq ki, bu fəaliyyət yekunda daha optimal idman sisteminin qurulmasına və milli komandaları formalaşdıran federasiyaların güclənməsinə kömək edəcək.Bu ay Kamandan Oxatma Federasiyasının və Azərbaycan Yelkənli İdman Federasiyasının ümumi yığıncaqları keçirilib, qurumların rəhbərlikləri seçilib. Kütləvilik: Yeniyetmə və gəncləri, bütövlükdə əhalini bədən tərbiyəsi tədbirlərinə cəlb etməklə sağlamlığını qorumaq olar. Aprelin 6-dan 10-dək Dənizkanarı Bulvarda “Sağlam həyat” günləri keçirildi. Beynəlxalq idman günü çərçivəsində təşkil edilən tədbir 4000-dək iştirakçı və geniş tamaşaçı kütləsini yığdı, topladığımız məlumatlar isə əhalinin ümumi fiziki hazırlığı haqqında ilkin nəticələri əldə etmək imkanı verdi. Biz ardıcıllıqla bu tədbirlərin sayını, kütləviliyini artıracaq, fiziki aktivliyə, sağlam həyat tərzinə marağı gücləndirəcəyik.     VİDEOYeni layihələrimiz: “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində ilk tədbir - Azərbaycan Voleybol Federasiyasının 1-ci vitse-prezidenti, voleybol üzrə qadınlardan ibarət milli komandamızın baş məşqçisi Faiq Qarayevlə görüş idman ictimaiyyətinin marağı ilə qarşılandı.  İctimaiyyət nümayəndələri ilə birgə, yunan-Roma güləşçimiz Rafiq Hüseynova həsr olunan "26 il arzuladıqlarımı 6 aya həyata keçirdim" adlı verilişin təqdimat mərasimində iştirak edik. Bu cür verilişlər və sənədli filmlər gənc idmançıların motivasiyası üçün çox vacibdir. VİDEOİstər gənclər siyasətində, istərsə də, idmanın inkişaf etdirilməsində qarşıda bizi məsuliyyətli və ciddi sınaqlar gözləyir. Məqsədimiz vətənpərvər, müasir düşüncəyə malik olan və sağlam cəmiyyət üçün ən yaxşı xüsusiyyətləri özündə cəmləşdirən gəncliyin formalaşmasını təmin etməkdir. Bu yolda tərəqqiyə nail olmaq üçün strategiyanın düzgün qurulması vacib şərtdir.Fərid Qayıbov,Gənclər və idman naziri

Read more

Interviews

View all

Fərid Qayıbov: Rafiq Hüseynov kimi idmançılara ehtiyacımız var

Read more

Gallery

Gallery of the website

Read more

In Press

Ministry of Youth & Sport in press

Read more

Sport Newspaper

EN: Sport newspaper

Read more