Date: 12/29/2022 11:16 AM
Source:
Views: 771

ELAN

Gənclər və İdman Nazirliyi Sabunçu “Gənclər evi” sosial xidmət müəssisəsinin rəhbər vəzifəsinə sənəd qəbulu elan edir.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

- ali təhsil;
- gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı;
- yaş həddi 35-dək;
- minimum 1 xarici dil bilmək
- idarəetmə, kommunikasiya, təşkilatçılıq, təşəbbüskarlıq kimi davranış və texniki bacarıqlara sahib olmaq.

Təqdim ediləcək sənədlər:

- CV foto ilə (iddia edilən vəzifənin adı qeyd olunmalıdır); 
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Ali təhsil haqqında diplomun surəti (xaricdə təhsil alan şəxslər diplomun nostrifikasiya sənədini də əlavə etməlidir).

Müsahibə proqramı və qulluq funksiyaları barədə ətraflı linkdən tanış ola bilərsiniz:

https://bit.ly/3UB1srP

Müsahibə zamanı namizədin bacarıqları müxtəlif situasiya sualları və testlərlə yoxlanıla bilər.
Sənədlər 6 yanvar 2023-cü il tarixədək elektron formada elan@mys.gov.az ünvanına göndərilməlidir.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaq.
Müraciət etdiyiniz vəzifənin adı və yeri “mövzu” bölməsində qeyd edilməlidir.

Ünvan: Bakı, AZ1072, Olimpiya küçəsi, 4
Əlavə suallar üçün: (012) 465 65 72