Gənclər və idman naziri Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 14-də Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşların qəbulu saat 11:00-dan etibarən, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında keçiriləcək.
Ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi, 36.
Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı telefon nömrələri və e-maillər vasitəsilə müraciət edə bilərlər:
- Şamaxı rayon Gənclər və İdman İdarəsi
Tel: (050) 391-57-88
E.mail: samaxigii@mys.az
- Qobustan rayon Gənclər və İdman İdarəsi
Tel: (050) 884-11-88
E.mail: gobustangii@mail.ru
- Gənclər və İdman Nazirliyi
Tel: 012-465-64-38
E.mail: mys@mys.gov.az
Qəbula qeydiyyat 12 yanvar 2023-cü il, saat 15:00-da başa çatır.
COVID-19 infeksiyası ilə əlaqədar tətbiq edilən sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immunitet sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.