“www.euractive.com” portalı Azərbaycanın gənclər və idman naziri ilə müsahibəni təqdim edib
Avropanın siyasi dairələrində geniş oxucu kütləsinə malik “www.euractive.com” portalında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun müsahibəsi dərc edilib.
Portalın müxbirinin suallarını cavablandıran A.Rəhimov Avropanın idman tarixində ilk dəfə keçiriləcək “Bakı-2015”, bu mötəbər yarışın Azərbaycanda yüksək səviyyədə təşkili istiqamətində görülmüş hazırlıq işləri çərçivəsində yaradılan müasir infrastruktur, mövcud idman qurğularının təmir edilməsi və s. barədə ətraflı məlumat verib. Məqalədə, həmçinin nazir Azad Rəhimovun birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərarın qəbul olunması prosesi, yarışlarda iştirak edəcək nümayəndə heyətləri və s. məsələlərə dair suallara verdiyi ətraflı cavablar da geniş əksini tapıb.
Müsahibənin tam mətni ilə aşağıda link vasitəsilə tanış olmaq olar: http://www.euractiv.com/sections/baku-2015-european-games/sports-official-after-baku-games-nobody-will-ask-where-azerbaijan
Vüqar Seyidov. AZƏRTAC-ın xüsusi müxbiri. Brüssel