Interviewee: Azad Rəhimov
Date: 2012 May 11

Azad Rəhimov: Bakı 2020 mövqeyini gücləndirir

10 may tarixində Yunanıstanda Olimpiya məşəlinin yandırılma mərasimində iştirak edən gənclər və idman naziri Azad Rəhimov bu ölkədə səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Azerisport.az xəbər verir ki, bununla yanaşı nazir, dünya şöhrətli  “Reuters” agentliyinə müsahibə verib. Müsahibəni təqdim edirik:

Azərbaycan hökumətinin neft və təbii resurslar hesabına idman infrastrukturuna yatırdığı 1 milyarda yaxın vəsaitin nəticəsi olaraq Bakı 2020 Yay Olimpiya oyunları mübarizəsində gözlənilməz dönüşlərə baxmayaraq öz mövqeyini gücləndirir.

 "Günbəgün mübarizəmiz daha yaxşıya doğru dəyişir. Biz öz namizədliyimizə güvənirik və bu prosesdə iştirakımızın vacibliyinin artmasını görürük”.

Bu fikirləri gənclər və İdman naziri Azad Rəhimov Yunanıstanda 2012 London Olimpiya məşəlinin yandırılması mərasimində dünya şöhrətli “Reuters” agentliyinə müsahibəsi zamanı deyib.

 Bu ayın sonu Beynəlxalq Olimpiya Komitəsi növbəti mərhələyə keçəcək şəhərlərin adlarını açıqlayacaq. Bakının Tokio, İstanbul, Doha, Madrid kimi rəqibləri var. 2013-cü ildə Buenos Ayresdə Beynəlxalq Olimpiya Komitəsi qalib şəhərin adını elan edəcək.

2016 Olimpiya Oyunları üçün namizədlik mübarizəsinin ilk mərhələsindən keçməyən Bakının ikinci dəfə namizədliyinə ilkin mərhələdə böyük ümidlər yox idi. Lakin hazırda 2020 Oyunları üçün mübarizədə Bakının mövqeyi xeyli güclənib.

İddiaçı şəhərlərdən biri olan Roma İtaliyada baş verən iqtisadi böhranla bağlı olaraq mübarizədən imtina edib. Olimpiya oyunları mübarizəsinə artıq 3-cü dəfə qoşulan Madrid isə aprel ayının əvvəllərində iqtisadi durğunluq və ciddi budcə kəsiri ilə üzləşib.

Türkiyənin Futbol üzrə 2020 Avropa Çempionatına ev sahibliyi iddiasını irəli sürməsi isə bu ölkənin iki aylıq zaman fərqi ilə iki nəhəng beynəlxalq idman yarışı təşkil edə biləcəyi ətrafında ciddi şübhələrə səbəb olub.

BOK bildirir ki, onun nizamnaməsi hər hansı şəhərin paralel iki namizədlik iddiasında olmasını qadağan etmir. Lakin, 2020 Olimpiya Oyunlarına ev sahibliyinin İstanbula verilməsi reallaşsa BOK Mayın 15-ə dək 2020 Avropa Çempionatı üçün hazırda yeganə iddiaçı olan Türkiyədən futbol turnirindən öz namizədliyini geri götürülməsini tələb edəcək.

Nazir bildirib ki, son 10 ildə Azərbaycan idmanın inkişafına 1 milyard  dollardan artıq vəsait yatırıb  və böyük enerji resusrslarının hesabına məhz elə həmin müddət ərzində ölkə iqtisadiyyatı 900 faiz artıb: "İnsanlar Bakı haqqında fikirlərini və Bakıya olan münasibətlərini artıq dəyişiblər. Bakını və ölkəmizi dünya ictimaiyyəti indi daha yaxşı tanıyır. Ümid edirik ki, 2013-cü il Buenos Ayres toplantısına qədər mübarizədə qala biləcəyik".

2016-cı ildə Cənubi Amerika qitəsində ilk Olimpiya Oyunlarının  Rio de Janeyro şəhərinin qismətinə düşdüyü kimi, biz də ümid edirik ki, müsəlman ölkələri arasında ilk Olimpiya Oyunları Bakının qismətinə düşəcək: “Düşünürəm ki, Olimpiya oyunları daim yeni regionlarda keçirilməlidi. Elə buna görə Rionun qələbəsinə çox sevindim”.

(GİN mətbuat xidməti)

http://azerisport.com/az/xronika/20120511120957118.html