News
Published:8/14/2019 11:15 AM
Views:159

Biləsuvar rayonunda Beynəlxalq Gənclər gününə həsr olunmuş “İntellekt Festivalı” çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirildi

09 avqust 2019-cu il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər evində 12 avqust Beynəlxalq Gənclər Gününə həsr olunmuş “İntellekt Festivalı” çərçivəsində “Nə? Harada? Nə zaman” intellektual oyunu üzrə rayon birinciliyi keçirildi. Birincilikdə Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Biləsuvar Yeniyetmə və Gəncləri ictimai birliyinin, Biləsuvar Peşə liseyinin komandaları və gənclərdən ibarət komandalar iştirak etdilər. Qalib komandalar Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev tərəfindən idarənin diplomları ilə mükfatalandırıldı. Sonda Beynəlxalq Gənclər Gününə həsr olunmuş fləşmob təşkil olundu.