News
Published:5/22/2020 5:00 PM
Views:140

28 May – Respublika günü”nə həsr olunmuş onlayn musiqi müsabiqəsi keçirildi

 Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “28 May – Respublika günü”nə həsr olunmuş onlayn musiqi müsabiqəsi keçirildi.

Müsabiqə iştirakçıları vətənpərvərlik mövzusunda musiqi ifa edərkən çəkilmiş videoları  19-21 may 2020-ci il tarixlərdə elanda qeyd edilmiş Whatsapp nömrəsinə göndəriblər.  Müsabiqədə ümumilikdə 32 nəfər iştirak edib.

Müsabiqənin yekununda Ağcabədi rayon Ü. Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin müəlliməsi Abışzadə Tünzalə Vaqif qızı 1-ci, Xocavənd kənd Uşaq Musiqi Məktəbinin müəllimi Qəribov Röyal Qərib oğlu 2-ci, Xocavənd kənd Uşaq Musiqi Məktəbinin müəlliməsi Niyazova Pərvin Əlinağı qızı isə 3-cü yerə laiq görüldülər.