News
Published:5/22/2020 5:10 PM
Views:146

Gənclər və ünsiyyət” silsilə onlayn görüşləri çərçivəsində "Sahibkarlıqda Liderlik" adlı vebinar keçirilib

21 may 2020-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclər və ünsiyyət” silsilə onlayn görüşləri çərçivəsində "Sahibkarlıqda Liderlik" adlı vebinar keçirilib.

Vebinarda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri, “Gənc Sahibkarlar Klubun”nun koordinatoru Anar Sarıyev, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai Xidmətinin rəhbəri Tamerlan Əkbərov və fəal gənclər onlayn iştirak ediblər.

Görüşün məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, könüllülük fəaliyyətini gənclər arasında təbliğ edilməsi,  ideya təklifləri və uğurlu sahibkarlıq fəaliyyəti olan gənclərin və sahibkarların mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması, cari sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənc sahibkarlara fəaliyyətlərinin genişləndirilməsi üçün imkanların yaradılması,  könüllü fəaliyyətlərə həvəsləndirməsi, karantin rejimi müddətində evdə qalan gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, onları maraqlandıran sualların cavablandırılması olub.

 

Görüşdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai Xidmətinin rəhbəri Tamerlan Əkbərov, Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri, “Gənc Sahibkarlar Klubun”nun koordinatoru Anar Sarıyev çıxış ediblər.

 

Çıxışçılar vebinar iştirakçılarına biznes və sahibkarlıq qanunları, bu sahənin sirrləri, bizesin idarə olunması, ölkədə həyata keçirilən sosial- iqtisadi inkişaf və digər mühüm sahələr haqqında gənclərin maarifləndərilməsi istiqamətində çıxışlar ediblər.

 

Sonda Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri, “Gənc Sahibkarlar Klubun”nun koordinatoru Anar Sarıyev gəncləri maraqlandıran sualları cavablandırıldı.

Qeyd edək ki, onlayn görüşdə 32 nəfər fəal gənc iştirak edib.