News
Published:7/9/2020 2:00 PM
Views:91

"Uğurlu Gənclik üçün Danış" Online Gənclik Forumu keçirilib

07 iyul, 2020-ci il tarixində  Binəqədi Gənclər Evi , "Uğurlu Gələcək Proqramı" ilə birgə əməkdaşlıq çərçivəsində 250-dən çox gəncin iştirakı ilə “Uğurlu Gənclik üçün Danış” Online Gənclik Forumu həyata keçirilib.

Forum post pandemiya dövrünü nəzərə alaraq onlayn formatda “Zoom” proqramı  və “Facebook  Live”  vasitəsilə keçirilib.

#UGDF2020 Forumunun keçirilmə məqsədi, sosial izolyasiya dövründə gənclərin inkişafına tövfə vermək, onların motivasiyasını artırmaq, karyera addımlarında istiqamətləndirmək olub.

 3 saat davam edən #UGDF2020 Forumunda 5 peşəkar təlimçi
- Pərviz Həsənov-"Xəyalımdan xəyalımdakı gələcəyə"
- Sara Rəcəbli-"Kiçik addımlardan qlobal təsirə"
- Fuad Ağayev-"Necə başlayaq?"
- Nəcəf Allahverdiyev-"Onlayn inkişaf üçün motivasiya"
-Asif İbrahimov-"Startup-i necə başladaq?" mövzusunda çıxışlar edib, gənclərlə təcrübələrini paylaşıblar.

Qeyd edək ki, Binəqədi Gənclər Evi tərəfindən post pandemiya dövründə artıq sayca 2-ci belə forum həyata keçirilib.