News
Published:10/25/2021 2:05 PM
Views:51

Müstəqilliyin Bərpası Günü münasibətilə Gəncədə juboksinq citsu üzrə şəhər açıq birinciliyi keçirilib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Juboksinq citsu nümayəndəliyinin birgə təşkilatçığı ilə Gəncə Olimpiya İdmanKompleksində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuşjuboksinq citsu idman növü üzrə Gəncə şəhər açıq birinciliyikeçirilib. Yarışın açılış mərasimi 44 günlük Vətən müharibəsişəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi iləbaşlanılıb.Qeyd edək ki, birincilikdə Bakı, Gəncə, Mingəçevir şəhərlərindən vəQazax, Goranboy, Ağstafa rayonlarından olmaqla 11 komandanıntərkibində  90-dan çox idmançı iştirak edib.
Qalib idmançılar Baş İdarə tərəfindən diplom və medallarla təltif olunublar.