News
Published:10/25/2021 3:30 PM
Views:114

“Zəfər Günü” münasibətilə “Heydər zirvəsi”nə yürüş keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncamlarından irəli gələ tapşırıqların icrası ilə əlaqədar olaraq, Gənclər və İdman Nazirliyi bir sıra tədbirlər reallaşdırır.

Bunlardan biri də Vətən müharibəsində tarixi Zəfərin birinci ildönümü münasibətilə Quba rayonu ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsinə” yürüş təşkil edilib, Bazardüzü zirvəsinin şərqində yerləşən “Zəfər zirvəsi” fəth olunub.

Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən və hündürlüyü 3751 metr olan "Heydər zirvəsi"nə yürüşdə nazirliyin əməkdaşları və “Respublika alpinist-turist” İdman Klubunun üzvləri iştirak ediblər. Zirvəyə qalxanlar arasında Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov da olub.

Yürüş iştirakçıları tam heyətdə "Heydər zirvəsi"nə qalxaraq ümumilli lider Heydər Əliyevin və “Vətən müharibəsi” şəhidlərinin əziz xatirələrini yad ediblər.