
News
Published:12/6/2022 12:19 PM
Views:301
“Mühasiblərin olimpiadası” təşkil olunub
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyi tərəfindən həyata keçirilən “Şəhid ailələri və qazilərin övladlarının maliyyə savadlılığının artırılması” layihəsinin çərçivəsində “Mühasiblərin olimpiadası” təşkil olunub.
Layihənin məqsədi Gəncə şəhərində mühasib və bu üzrə təhsil alan şəhid və qazi övladlarına təlimlər keçmək, təlimlərin sonunda olimpiada təşkil etmək, qalibləri mükafatlandırmaq, daha sonra işlə təmin olunmasına dəstək göstərməkdən ibarətdir. Olimpiadanın sonunda ilk üç yeri tutmuş qaliblər medallarla mükafatlandırılıb.