News
Published:12/5/2022 10:00 PM
Views:61

“Sağlam cəmiyyət və ailə naminə narkotikə YOX de!” adlı qısametrajlı filmin təqdimatı olub

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyinin “sağlamlığın təbliğində virtual metodlar” layihəsi çərçivəsində təşkil etdiyi tədbirdə, pis vərdişlərdən qorunmaq və bu kimi mənfi fəsadları özündə ehtiva edən  “Sağlam cəmiyyət və ailə naminə narkotikə YOX de!” adlı  qısametrajlı filmin təqdimatı olub.

Tədbirin  məqsədi qısametrajlı film vasitəsi ilə cəmiyyəti pis vərdişlərdən, narkomaniya bəlasından qorunması yönündə maarifləndirməkdir. Film 7 dəqiqə ərzində həm səsli, həm də ssenari əsasında teatral hərəkətlərlə gəncləri, valideyinləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır.