News
Published:12/6/2022 4:19 PM
Views:89

Şəhid övladları üçün düşərgəyə start verilib

Gənclər və İdman Nazirliyi 8 Noyabr - Zəfər günü münasibətilə xeyriyyə məqsədilə keçirdiyi “Qələbə qaçışı”nda əldə edilmiş vəsaitlə daha bir xeyriyyə tədbiri təşkil edib. Belə ki, həmin maliyyə Şəhid övladları üçün düşərgənin təşkilinə sərf edilib. Dekabrın 5-də Mingəçevir, Yevlax, Gəncə və Goranboy rayonlarından olan Şəhid övladları üçün düşərgəyə start verilib.

Goranboy Olimpiya İdman Kompleksində 4 gün davam edəcək düşərgə müddətində uşaqlar üçün sağlam həyat günləri, ətraf ərazilərə turlar və digər maraqlı tədbirlər təşkil ediləcək.