
News
Published:3/27/2023 4:16 PM
Views:377
Azərbaycanın gənc opera ifaçısı 67 ölkə arasında birinci yer tutub
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ABŞ-ın Nyu-York şəhərində keçirilən "American International Vocal Competition of Opera Singers 2023" beynəlxalq opera ifaçılarının vokal müsabiqəsində iştirak edən gənc opera ifaçısı Urfan Cəfərov 67 ölkə arasında qızıl medal qazanaraq 1-ci yer tutub.
O, müsabiqənin qalibi kimi solo konserti üçün prestijli sertifikat alaraq, dünyanın ən məşhur konsert salonlarından biri olan Carnegie Hall-da Azərbaycanı ilk dəfə təmsil etmiş və solo ifa edən ilk azərbaycanlı gənc ifaçı oldu.