
News
Published:3/27/2023 5:51 PM
Views:619
Dünya çempionatında ilkə imza atan Azərbaycan millisi Bakıya qayıdıb
Hindistanın paytaxtı Yeni Dehlidə qadın boksçular arasında dünya çempionatında ölkəmizi təmsil etmiş Azərbaycan milli komandası Vətənə qayıdıb.
Nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin, Boks Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və idmançıların ailə üzvləri qarşılayıblar.