
News
Published:6/3/2023 3:07 PM
Views:98
“Gimnastika hamı üçün" məşğələləri təşkil edilib
Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" layihəsi çərçivəsində iyunun 3-də Azərbaycan Gimnastika Federasiyası ilə birgə “Gimnastika hamı üçün" məşğələləri təşkil edilib. Bakı Konqres Mərkəzinin ərazisində baş tutan tədbirdə çox sayda əhali iştirak edib.
Tədbirdə müxtəlif musiqili-nümunəvi çıxışlar təqdim edilib. Bütün yaş kateqoriyasından olan insanlar proqrama qoşularaq, gimnastika mütəxəssislərinin rəhbərliyi altında isinmə, gimnastika, rəqs hərəkətlərini yerinə yetiriblər.