Awards

ƏSASNAMƏ

  1. Mövcud əsasnamə məşqçi-müəllimlərə  kateqoriyaların verilməsi haqqında vahid normativ sənəd olub, ölkə ərazisində fəaliyyət göstərən idman məktəbləri proqramı əsasında işləyən bədən tərbiyəsi təhsilli məşqçi-müəllimlərə şamil edilir.
  2. Kateqoriyaların alınmasına dair tələb normalarını yerinə yetirmiş məşqçi-müəllimlərə 4 il müddətinə müvafiq  kateqoriyalar verilir.
  3. Məşqçi-müəllim müvafiq kateqoriya almaq üçün o, həmin idmançılarla azı 2  il işləməlidir.
  4. Məşqçi-müəllimlərin  kateqoriyasının təsnifatı:
    • Ali kateqoriya
    • I kateqoriya
    • II kateqoriya
    • Məşqçi-müəllimin təmsil etdiyi təşkilatın şəhər (rayon) Gənclər və İdman (Baş) İdarəsinə müraciəti;
    • Şəhər (rayon) Gənclər və İdman  (Baş) İdarəsinin Azərbaycan Respublikası  Gənclər və İdman  Nazirliyinə müraciəti;
    • Məşqçi-müəllimin iş yerində təsdiq olumuş attestasiya mate­rialları blankı;
    • Məşqçinin göstəricilərini təsdiq edən sənədlər – beynəlxalq yarışların protokolunun surəti və ya respublika ərazisində keçirilən yarışların Baş hakimi və katibinin imzası ilə təsdiq olunmuş protokoldan çıxarış, arayış və sairə;
    • Əmək kitabçasının surəti;
    • Təhsil haqqında sənədin surəti;
    • məşqçi-müəllimin kateqoriya kitabçası, kitabça olmadığı təqdirdə 2 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.
  5. Kateqoriya almaq tələblərini yerinə yetirdikdə məşqçi-müəllimin müvafiq sənədləri toplanaraq, Azərbaycan Respublikası  Gənclər İdman Nazirliyinin Fəxri adların verilməsi üzrə komissiyasına təqdim olunur.
  6. Məşqçi-müəllim müvafiq kateqoriya aldıqdan sonra, kateqoriyanın sona bitmə müddətinə qədər əldə etdiyi nailiyyəti təkrar yerinə yetirərsə, bu halda qazanılmış kateqoriyanın müddətini uzatmaq üçün müvafiq qaydada sənədləri yenidən Azərbaycan Respublikası  Gənclər və İdman Nazirliyinin müvafiq komissiyasına təqdim etmək hüququna malikdir. Bu kateqoriya məşqçi-müəllimin aldığı tarixdən 4 il müddətində qüvvədə qalır.
  7. Məşqçi-müəllimin əldə etdiyi nailiyyətə görə ona müvafiq kateqoriyanın verilməsi üçün sənədlər 1 il ərzində komissiyaya təqdim olunmazsa, bu nəticə qüvvədən düşmüş hesab olunur.
  8. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının məzunları idman məktəbləri proqramı əsasında fəaliyyət göstərən idman yönümlü təşkilatlarda əmək fəaliyyətinə başlayarsa onların əmək haqları ilk 2 il ərzində II məşqçi-müəllim  kateqoriyasına uyğun hesablanır. Sonrakı illərdə isə  kateqoriyaların verilməsi ümumi əsaslarla tənzimlənir.
  9. Məşqçi-müəllimlərə kateqoriyaların verilməsi Azərbaycan Res­pub­likası Gənclər və İdman Nazirliyinin əmri əsasında həyata keçirilir.

Qeyd:

  1. Təqdimat sənədləri məşqçi-müəllimin təmsil etdiyi idman təşkilatı tərəfindən hazırlanır və şəhər (rayon) Gənclər və İdman (Baş) İdarəsi tərəfindən Gənclər və İdman Na­zir­li­yi­nə təqdim olunur.
  2. Təkrar kateqoriyanın verilməsi üçün təqdim olunan sə­nədlər:
      Şəhər (rayon) Gənclər və İdman İdarəsinin müraciəti;
      Məşqçi-müəllimin  kateqoriya kitabçası; 
      Yarışın Baş hakimi və katibinin imzası ilə təsdiq olunmuş protokoldan çıxarış, arayış

 

Kateqoriyaların verilməsi üçün komissiyaya

təqdim olunan sənədlər:

  • Məşqçi-müəllimin təmsil etdiyi təşkilatın şəhər (rayon) Gənclər və İdman (Baş) İdarəsinə müraciəti;
  • Şəhər (rayon) Gənclər və İdman  (Baş) İdarəsinin Azərbaycan Respublikası  Gənclər və İdman  Nazirliyinə müraciəti;
  • Məşqçi-müəllimin iş yerində təsdiq olumuş attestasiya mate­rialları blankı;
  • Məşqçinin göstəricilərini təsdiq edən sənədlər – beynəlxalq yarışların protokolunun surəti və ya respublika ərazisində keçirilən yarışların Baş hakimi və katibinin imzası ilə təsdiq olunmuş protokoldan çıxarış, arayış və sairə;
  • Əmək kitabçasının surəti;
  • Təhsil haqqında sənədin surəti;
  • məşqçi-müəllimin kateqoriya kitabçası, kitabça olmadığı təqdirdə 2 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.

Olimpiya  Oyunları proqramına daxil olan idman növləri üzrə

kateqoriyaların verilməsi üçün tələb normaları

      Ali kateqoriya aşağıdakı normaları yerinə yetirən məşqçi-müəl­lim­lərə verilir:

  • Olimpiya Oyunlarına lisenziya qazanmış idmançılara görə (idmançı ilə azı 4 il işləmiş məşqçi-müəllimlərə şamil olunur)

Fərdi idman növləri üzrə:

  • Dünya çempionatında 1-3- yerləri tutmuş idmançılara görə;
  • Dünya çempionatında komanda yarışında 1–2-ci yerləri tutmuş idmançılara görə;
  • Dünya kubokunun final mərhələsinin şəxsi yarışlarında 1-3- yerləri tutmuş idmançılara görə;
  • Qitə çempionatında şəxsi ya komanda yarışında 1-3- yerləri tutmuş idmançılara görə;
  • Hərbiçilərin Dünya çempionatında 1-3-cü yerləri tutmuş idmançılara görə;
  • Tələbələrin Ümumdünya Universiadasında 1-3-cü yerləri tutmuş idmançılara görə;
  • İslam oyunlarında I yeri tutmuş idmançıya görə;
  • Yeniyetmələrin Olimpiya Oyunlarında 1- 3-cü yerləri tutmuş idmançılara görə;
  • Avropa Oyunlarında 1- 3-cü yerləri tutmuş idmançılara görə.

Gənclər arasında:

  • Dünya birinciliyində 1-3- yerləri tutmuş idmançılara görə;
  • Qitə birinciliyində 1-ci yeri tutmuş idmançıya görə.

Komanda oyun idman növləri üzrə:

  • Dünya çempionatı ya kubok yarışlarının, qitə çempionatı ya kubok yarışlarının final mərhələsinə vəsiqə qazanmış ko­mandanın tərkibində çıxış edən idmançılara görə;
  • Dünya ya qitə birinciliyinin final mərhələsində 1-3- yerləri tutmuş gənclərdən ya yeniyetmələrdən ibarət yığma ko­man­daların heyətinə daxil olmuş idmançılara görə;
  • Klub komandaları arasında keçirilən qitə çempionatı və kubok yarışlarının yarımfinal mərhələsində iştirak edən komandanın tər­kibində çıxış edən idmançılara görə.

QeydKeçirilən yarışlar da təqvim oyunlarının azı 50%-də əsas he­yətə daxil olmaq

Birinci kateqoriya aşağıdakı normaları yerinə yetirmiş məşqçi-müəllimlərə verilir:

Fərdi idman növləri üzrə:

  • Yeniyetmələrin Olimpiya Oyunlarında 4- 6-cı yerləri tutmuş idmançılara görə;
  • Avropa Oyunlarında 4- 6-cı yerləri tutmuş idmançılara görə;
  • İslam oyunlarında 2-3-cü yerləri tutmuş idmançılara görə;
  • Ölkə çempionatı ya kubokunda 1-2-ci yerləri tutmuş id­man­çı­ya görə.

Gənclər arasında:

  • Ölkə birinciliyində 1-2-ci yeri tutmuş idmançılara görə.

Yeniyetmələr arasında:

  • Ölkə birinciliyində bir yetirməsi 1-ci yeri tutmuş, digər idmançısı isə eyni yarışda və ya digər yarışlarda mükafatçılar sırasında yer tutduğuna görə.

Komanda oyun idman növləri üzrə:

  • Dünya ya qitə birinciliyinin final mərhələsinə vəsiqə qa­zan­mış gənclərdən ya yeniyetmələrdən ibarət yığma ko­man­da­la­rın heyətinə daxil olmuş idmançılara görə;
  • Yeniyetmələrin Ümumdünya Oyunlarında 1-4- yerləri tutmuş yığma komandanın heyətinə daxil olmuş idmançılara görə;
  • Yüksək dəstə komandaları heyətində ölkə çempionatında 1-3- yerləri tutmuş komandanın heyətinə daxil olmuş id­man­çı­la­ra görə;
  • Ölkə çempionatı ya kubokunda 1-2-ci yerləri tutmuş ko­man­da­lara görə;
  • Gənclər ya yeniyetmələr arasında ölkə birinciliyində 1-ci ye­ri tutmuş idmançılara görə.

Qeyd:Komanda ilə azı il işləmiş hər iki məşqçi-müəllimə şamil olunur.

İkinci kateqoriya aşağıdakı normaları yerinə yetirmiş məşqçi-müəllimlərə verilir

     Fərdi idman növləri üzrə:

  • Ölkə çempionatı və ya kubokunda 3-5-ci yerləri tutmuş id­man­çılara görə;
  • Gənclər arasında keçirilən ölkə birinciliyində 3-5-ci yeri tutmuş idmançılara görə;
  • Yeniyetmələr arasında keçirilən ölkə birinciliyində 2-5-ci yeri tutmuş idmançılara görə;

Komanda oyun idman növləri üzrə:

  • Yüksək dəstə komandaları heyətində ölkə çempionatında 4-6- yerləri tutmuş komandanın heyətinə daxil olmuş idmançılara görə;
  • Ölkə çempionatında 3-6- yerləri tutmuş komandanın heyətinə daxil olmuş idmançılara görə;
  • Ölkə kubokunun yarımfinalçısı olmuş komandanın heyətinə daxil olmuş idmançılara görə;
  • Gənclər ya yeniyetmələr arasında ölkə birinciliyində 2-5-ci yerləri tutmuş komandaya görə;

Qeyd:Komanda ilə azı 2 il işləmiş hər iki məşqçi-müəllimə şamil olunur.

Olimpiya Oyunları proqramına daxil olmayan idman növləri üzrə

(şahmat, dama,  sambo, tamblinq, akrobatika gimnastikası)

Ali kateqoriya aşağıdakı normaları yerinə yetirən məşqçi müəl­limlərə verilir.

  • Dünya çempionatı və ya kubokunda 1-2-ci yerləri tutmuş idman­çı­lara görə;
  • Qitə çempionatı və ya kubokunun final mərhələsində 1-2-ci yerləri tutmuş idmançılara görə;
  • Avropa Oyunlarında 1- 2-ci yerləri tutmuş idmançılara görə;
  • Şahmat üzrə dünya birinciliyinin mükafatçısı və ya qitə birin­ci­liyinin qalibini və ya bir beynəlxalq usta hazırlamış məşqçi-müəllimlərə.

     Gənclər arasında:

  • Dünya və ya Qitə birinciliyində 2 il ardıcıl olaraq 1-ci yeri tutmuş idmançılara görə.

Birinci kateqoriya aşağıdakı normaları yerinə yetirmiş məşqçi-müəllimlərə verilir.

  • Dünya çempionatında 3-6-cı yerləri tutmuş idmançılara görə;
  • Qitə çempionatı və ya kubokunun final mərhələsində 3-5-ci yerləri tutmuş idmançılara görə;
  • Avropa Oyunlarında 3-6-cı yerləri tutmuş idmançılara görə;
  • Şahmat üzrə  Dünya birinciliyində 4-8-ci yerləri tutmuş və ya qitə birinciliyinin mükafatçısı olmuş idmançılara görə;
  • Ölkə çempionatı və ya kubokunda 1-ci yeri tutmuş idmançılara görə.

     Gənclər arasında:

  • Dünya birinciliyində 2-5-ci yerləri tutmuş idmançılara görə;
  • Qitə birinciliyində 2-3-cü yerləri tutmuş idmançılara görə;
  • Ölkə birinciliyində 1-ci yeri tutmuş, əlavə olaraq növbəti ildə mükafatçılar arasında yer tutmuş idmançıya görə.

İkinci kateqoriya aşağıdakı normaları yerinə yetirmiş məşqçi-müəl­limlərə verilir.

  • Ölkə çempionatında və ya kubokunda 2-ci yeri tutmuş idmançılara görə;

Gənclər arasında:

  • Ölkə birinciliyində 2-ci yeri tutmuş idmançıya görə.

Qeyd:  Əgər idmançı başqa məşqçinin yanına keçərsə, o zaman idmançının qazandığı nəticələr 2 il müddətinə keçmiş məşqçinin hesabına sayılır. Yeni məşqçi azı 2 il müddətində idmançı ilə işlədikdən sonra nəticələr ona da şamil edilə bilər.