Sport type: Handball
Place: 1
Year: 1976
Location: Monreal

Rəfiqə Şabanova

Azərbaycan həndbolçusu Rəfiqə Şabanova 1976-cı ildə Monreal Yay Olimpiya Oyunlarının qalibi olub.
1983-cü ildə Beynəlxalq Həndbol Federasiyası Kubokunu qazanıb.

Dəfələrlə SSRİ çempionatının gümüş (1970, 1971, 1972, 1973, 1974 və 1975-ci illərdə) və bürünc (1965, 1978, 1980, 1982, 1984-cü illərdə) mükafatçısı olub. SSRİ Xalqlarının Spartakiadasının gümüş (1971, Moskva) və bürünc (1975, 1979, Kiyev, 1983, Moskva) medallarına layiq görülüb.