Həsənova Aydan Vaqif qızı
Aktrisadır. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bakalavr pilləsinin məzunudur (2013-2017). Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Ü.Hacıbəylinin "O olmasın, bu olsun", "Arşın mal alan" tamaşalarında Gülnaz və Gülçöhrə, İ.Kalmanın "Silva" tamaşasında Stassi obrazlarını yaradıb. Yekaterinburqda keçirilən V.Kuroçkin adına "Gənc Operetta və Müzikl artistlərinin VI Beynəlxalq Müsabiqəsi"ndə III yerə layiq görülüb (2016). Azərbaycan Dövlət Musiqili Teatrın rəhbərliyi tərəfindən "Mövsümün debütü" (2016) və "Mövsümün sevilən aktrisası" (2017) nominasiyalarında mükafata layiq görülüb.