Əsgərova Aygül Cəbrayıl qızı
Kulinardır. Azərbaycan Turizm və Menecment Universitetinin bakalavr pilləsinin (2010-2014), Azərbaycan Dövlət İqtisad Universitetinin magistr pilləsinin (2014-2016) məzunudur. Azərbaycan Milli Kulinariya Assosasiyasının idarə heyətinin üzvüdür. Beynəlxalq Kulinariya Çempionatında gümüş və bürünc medallara (Serbiya, 2014), qızıl medala (Malta, 2017), "Uluslararası İstanbul Mutfak Günləri" Çempionatında 2 gümüş medala (Türkiyə, 2016) layiq görülüb. Respublikada keçirilən Beynəlxalq Kulinariya Günü, Novruz Bayramı kimi tədbirlərin təşkilində fəal iştirak etmiş, bir çox kulinariya müsabiqə və festivallarında münsif kimi fəaliyyət göstərib.