İlin Gənci
Year: 2018

Rzayev Zamik Süleyman oğlu

Heykəltaraşdır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr və magistr pillələrinin məzunudur (2011-2017). Moskva şəhərində keçirilən "İncəsənət üzrə Beynəlxalq Simpozium"da İ.Burqanov adına İncəsənət Akademiyasının diplomuna (2015), "AzNAR" sərgisində diploma (2016), "Gənc rəssamların əsərlərindən ibarət sərgi"də "Ən yaxşı heykəltaraşlıq əsərinə görə" diploma (2017) layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqının Gənc Rəssamlar və Sənətşünaslar Birliyinin üzvüdür (2015).