Mirələmov Mirələm Fərman oğlu
Xanəndədir. Azərbaycan Milli Konservatoriyasının bakalavr pilləsinin məzunudur (2012-2016), magistr pilləsində təhsilini davam etdirir. "Muğam Televiziya Müsabiqəsi - 2011" və III Respublika muğam Müsabiqəsinin qalibidir. III Beynəlxalq Muğam Festivalında I yerə (2013) layiq görülüb. "Vətəni sevməyən insan olmaz" adlı solo koncert ilə çıxış edib (2016). Bir çox dövlət əhəmiyyətli tədbirlərdə uğurla çıxış edib. Rumıniya, Yunanıstan, İtaliya, Almaniya, İsveç, Gürcüstan, Türkiyə, İran, Kanada, Amerika kimi xarici ölkələrdə konsert proqramları ilə çıxış edib.