Prezident Mükafatçıları
Year: 2019

Mehmandarov Mustafa Adil oğlu

2 iyun 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2009-2013-cü illərdə Bakı Musiqi Akademiyasının Simli alətlər fakültəsində "Skripka ixtisası" üzrə, 2013-2018-ci illərdə Vyana Konservatoriyasında "Dirijor ixtisası" üzrə ali təhsil almışdır. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən adı Gənc istedadların "Qızıl kitabı"na yazılıb və xüsusi təqaüdə layiq görülmüşdür. Respublika və beynəlxalq musiqi müsabiqələrinin qalibidir. 2007-ci ildə Bolqarıstanda keçirilən Beynəlxalq Musiqi Müsabiqəsində II yerə, 2011-ci ildə Avropa Gənc İfaçıları Müsabiqəsində I yerə və Böyük Hersoq Adolf I Qızıl Medalına, 2012-ci ildə İtaliya və Avstriyada keçirilən Beynəlxalq Musiqi Festivallarında I yerlərə layiq görülüb. TÜRKSOY Beynəlxalq Kamera Orkestri ilə birgə "Avrasiyanın Səsləri turu", "Balkan turu", "Avropa turu" çərçivələrində bir çox ölkələrdə uğurla çıxış edib. Hazırda Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində dirijor vəzifəsində çalışır.