Qasımov Pərvin Alim oğlu
Təhsil: 2011-2015-ci illərdə Azərbaycan Texnologiya Universiteti, turizm və otelçilik, bakalavr. 2016 - 2018-ci illərdə Azərbacayn Turizm və Menecment Universiteti, otelçilik. Əmək və ictimai fəaliyyəti: 2020-ci ildən bugünədək Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regionlar üzrə Koordinatoru vəzifəsində çalışır. 2018-2020-ci illərdə Qaradağ Gənclər Evinin direktoru. 2016-2018 - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında proqram koordinatoru. 2016-2017-ci illərdə BMT-nin Əhali Fondunda layihə meneceri 2012-2015-ci illərdə “Odlar Yurdu” ictimai birliyinin pr və mətbuat mərkəzinin rəhbəri, könüllülər üzrə koordinatoru və baş katibi vəzifələrində çalışıb. 2012-2015-ci illərdə Gəncə Regional Debat Mərkəzinin kooordinatoru. Vətən müharibəsində vuruşmuş, 2 dəfə qəlpə yarası almışdır.