Qarayev Atəş İbrahim oğlu
Təhsil: 2014-2018 – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Solo oxuma, bakalavr. Əmək və ictimai fəaliyyəti: 2015-2017Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəvətli solisti. 2017-2019 Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı solisti. 2018-ci ildə Moskva şəhərində Yelena Obraztsova fondunun Xose Karreras Qran-Pri tenorlar müsabiqəsinin finalçısı. 2019-cu ildə Rusiya Bolşoy Teatrının Gənclər truppasının ilk azərbaycanlı solisti olmuşdur. Rusiya Bolşoy Teatrının rəsmi ştatında olan yeganə Azərbaycanlı solistdir. Pandemiya ilə əlaqədar sərhədlərin bağlı olmasına baxmayaraq Azərbaycana gəlmiş və könüllü olaraq Vətən müharibəsində iştirak etmişdir.