Prezident Mükafatçıları
Year: 2022

Suad Rəşad oğlu Muradov

Suad Rəşad oğlu Muradov - 1999-cu il oktyabr ayının 10-da Bakı şəhərində anadan olub. 2016-2020-ci illərdə ADA Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr təhsili alıb (fərqlənmə diplomu ilə). 2020-ci ildən ABŞ-ın Dyuk Universitetinin Çinin Vuhan Universiteti ilə ortaq layihəsi olan Dyuk Kunşan Universitetinin Ətraf Mühit Siyasəti üzrə beynəlxalq magistr proqramı üzrə təhsil alır. “İstiqbal-1” layihəsinin həmmüəllifidir. Layihə müstəqil avtopilot sistemlərinin yazılması və istifadəsi, eləcə də məhsulun üzərində yığcam şərtlərlə yerləşdirilmiş yüksək fotoqrafik xüsusiyyətlərə malik 4K videokamera vasitəsilə həyata keçirilən davamlı sərhəd patrulu, havadan əldə edilən datanın anlıq şəkildə informasiyaya çevrilməsi və şəkil emalı sistemlərinin tətbiqi ilə görüntülənə bilən və anlaşıla bilən formada idarə panelinə ötürülməsi və s.-dən ibarətdir.