Orxan İsa oğlu Hüseynov
Orxan İsa oğlu Hüseynov - 1999-cu il oktyabr ayının 1-də Bakı şəhərində anadan olub. 2016-2020-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “İfaçılıq” fakültəsi üzrə bakalavr təhsili (sabah qrupları), 2020-ci ildən isə magistr təhsili alır. 2009-cu il, M.Rostropoviç adına Gənc ifaçıların l Bakı müsabiqəsində ikinci yer, 2010-cu il, Respublika UMİM şagirdlərinin simli alətlər üzrə ll Respublika müsabiqəsində birinci yer, 2010-cu il, N.Əliverdibəyov adına gənc ifaçıların V ümumşəhər müsabiqəsində birinci yer, 2012-ci il, İslam Dünyası gənclərinin (20 yaşa qədər) klassik musiqi ifaçılarının l Beynəlxalq müsabiqəsində «the best performance of classic composition» diplomu, 2013-cü il, İslam Dünyası gənclərinin (20 yaşa qədər) klassik musiqi ifaçılarının ll Beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb. 2014-cü il, İ.N.Voronova adına beynəlxalq “Yeni adlar” fondunun təqaüdçüsü olub. 2015-ci il, 1941-1945-ci illərdə ll dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş rus klassik və xalq musiqisi, mahnı və rəqslərdən ibarət “Könül Çeşmələri” (Родники Души) adlı Xl respublika baxış-müsabiqəsində birinci yer, 2016-cı il, Gürcüstan respublikasında keçirilən 6-cı “Harmoniya” beynəlxalq müsabiqəsində birinci yer, “Jüri simpatiyası” xüsusi mükafata, 2019-cu il, Azad Əliyev adına skripka ifaçılarının birinci beynəlxalq müsabiqəsi, kamera ansamblı kateqoriyası, birinci yerə layiq görülüb. 2019-cu il, Bakı Musiqi Akademiyası tərəfindən təhsilində nəticələri və ixtisasında nailiyyətlərinə görə İlin “Ən yaxşı” tələbəsi fəxri fərmanı ilə təltif olunub. 2021- ilin iyulundan «cadeNZa» orkestrinin artistidir. 2020-ci ilin yanvarından «Baku Chamber Orchestra» gənclər kamera orkestrinin artistidir. 2016-ci ildə Prezident Təqaüdünə layiq görülüb, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb. 2018-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər mükafatı”na layiq görülüb. Təhsil aldığı illərdə Leonid Kerbel, Jerome Pernoo, Vladimir Perlin, Christian Poltera, Alen Meunier, Alexandr Chidchavadze, Yuko Miyaqawa, Aleksei Seleznyov, Petr Prause, Klaudio Marini, Pierluigi Rugierre kimi ifaçılardan ustad dərsləri alıb. Azərbaycan Dövlət Simfonik orkestri, Azərbaycan Dövlət Kamera orkestrinin müşayiəti, maestro R.Abdullayev, F.İbrahimov, F.Kərimov, T.Göycayevin rəhbərliyi altında konsertlərdə solo ifa edib. Paris, Berlin, Moskva, Tbilisi, Küveyt, Vatvil, Lixtenşteyq və s. şəhərlərdə dəfələrlə qastrol səfərlərində iştirak edərək Azərbaycanı təmsil edib.