İlin Gənci
Year: 2022

Elvin İlham oğlu Quliyev

Elvin İlham oğlu Quliyev - Bəstəkardır. 2017-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyası Mədəniyyət kanalının birgə təşkil etdiyi romans janrında əsərlərdən ibarət müsabiqədə sözləri Rəhman Babaxanlıya məxsus olan “Gəlmişəm” romansı ilə qalib olub. 2019-cu ildə Təhsil Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkil etdiyi “Nəsimi ili” çərçivəsində gənc bəstəkarlar arasında “Nəsimi Romans” Respublika Müsabiqəsində, “Neylərəm?” romansı ilə ikinci yerə (laureat) layiq görülüb. 2021-ci ildə Təhsil Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkil etdiyi “Nizami ili” çərçivəsində gənc bəstəkarlar arasında “Nizami Romans” Respublika Müsabiqəsində, “Gecə” romansı ilə müsabiqənin diplomantı adına layiq görülüb. “Vətən Müharibəsindəki Şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi”ndə bəstələdiyi “Qayıdış” simfonik poeması üçüncü yerə (laureat) layiq görülüb.