Emil Firuzəddin oğlu Əskərov
Emil Firuzəddin oğlu Əskərov - Quruluşçu rejissordur. “Şaxta baba və Pərilər” (E.Əskərov), “Korlar” (M.Meterlink), “Meşəbəyin dostları” (Ə.Ol), “Sehrbazlar Dərəsi” (E.Əskərov), Mingəçevir Dövlət Dram Teatrında “Ağıllı Dovşan” (Y.Sokolova), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Aciz” (F.Dostoyevski) tamaşalarına quruluş verib. 2017-ci ildə, İran İslam Respublikasında keçirilən “The 24th İnternational Theater Festival of Children and Youth” teatr festivalında, 2019-cu ildə “The 37th Fadjr İnternational Theather Festival of Children and Youth” teatr festivalında, 2019-cu ildə İran İslam Respublikasının Zəncan şəhərində “El” Milli Teatr Festivalında müəllifi və quruluşçusu olub.