Elroman Elçin oğlu Əlizadə
Elroman Elçin oğlu Əlizadə - Şairdir. 2016-cı ildə Yevlax şəhərində keçirilən, məktəblərarası şeir müsabiqəsində birinci yerə layiq görülüb. Son üç il ərzində El Roman təxəllüsü ilə yazdığı şeirlər “525.az”, “Kulis.az”, “Manera.az”, “Muellif.az” və digər saytlarda, eyni zamanda “Ulduz” və “Azərbaycan” jurnallarında dərc edilib. 2020-ci ildə “Sənsizliyin baş hərfi” adlı ilk şeirlər kitabı çap edilib. 2021-ci ildə üç şeiri ingilis dilinə tərcümə edilərək Nyu-Yorkda “Punjabi Writer Weekly” qəzetinin yanvar nömrəsində dərc edilib.