İlin Gənci
Year: 2022

Nigar Mütelim qızı Meyludova

Nigar Mütelim qızı Meyludova - Kulinardır. 2017-ci ildə Serbiyanın Niş şəhərində mətbəx yarışı zamanı qızıl medal və diploma layiq görülüb. 2019-cu ildə Türkiyənin İstanbul şəhərində “Dünya Halal Zirvəsi Beynəlxalq Aşpazlar Çempionatı”nda fəal iştirakına görə diplomla, daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində keçirilən UNESKO-nun Beynəlxalq Xalq Yaradıcılığı Təşkilatında İOV Dünya Baş Assambleyasında uğurlu iştirakına görə, İOV Dünya Prezidenti Ali Abdullah Khalifa tərəfindən sertifikatla təltif edilib. 2021-ci ildə isə Azərbaycan Ordusu ilə birlikdə keçirilən tədbirlərdə yaxından iştirak etdiyinə və aşpazların hazırlanmasında verdiyi tövhələrə görə Müdafiə Nazirliyi tərəfindən Fəxri Fərmanla, daha sonra isə Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Halal Zirvəsi Beynəlxalq Aşpazlar Çempionunda qızıl medal və diplomla təltif edilib.