İlin Gənci
Year: 2022

Məhəmməd Fəxrəddin oğlu Hacıyev

Məhəmməd Fəxrəddin oğlu Hacıyev - İnformasiya texnologiyaları üzrə gənc mütəxəssisdir. 7 oktyabr 2017-ci il tarixdə Bakı Olimpiya İdman Kompleksində keçirilən Azərbaycan Robot Olimpiadasında İbtidai siniflər üzrə üçüncü yerə layiq görülüb. 10-14 may 2018-ci il tarixlərində Buxarest Beynəlxalq Məktəbində keçirilən “İnfomatrix 2018” Dünya Finalında “Lego Sumo” kateqoriyası üzrə qızıl və gümüş medal ilə təltif edilib. 12 may 2018-ci il tarixində Azərbaycan Diplomatik Akademiyasında (ADA Universiteti) keçirilən FLL Azerbaijan-da məşqçi kimi Əsas Nailiyyətlər kateqoriyasında birinci yer və Robot Oyunları kateqoriyasında ikinci yerə layiq görülüb. 24-25 may 2018-ci il tarixlərdə Qərbi Kaspi Universitetində keçirilən "ADR 100 - LEGO line follower and Arduino Projects" adlı yarışmada məşqçi kimi “Lego Line Follower” kateqoriyası üzrə birinci və ikinci yerlərə layiq görülüb.