Prezident Mükafatçıları
Year: 2023

Tural Namiq oğlu Zəkəryəzadə

2015-2019-cu illərdə Milli Aviasiya Akademiyası, Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi, bakalavr. Cari – WASCO Lab şirkətində təsisçi və icraçı direktor vəzifəsində çalışır. “WASCO Lab” layihəsinin ideya müəllifidir. Layihə ölkəmizin cihaz təminatı üzrə xarici investisiya almış və xarici bazara açılmış ilk yerli startap layihəsidir. Layihə 2 milyon ABŞ dolları məbləğində dəyərləndirilməklə 150 min ABŞ dolları dəyərində xarici investisiya cəlb edib. Layihə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təşkil olunan “Elm həftəsi” yarışında ən innovativ layihə seçilib. Dünyanın ən böyük “Yaşıl Biznes” yarışması olan 48 ölkənin iştirak etdiyi “Climate Launchpad 2018” platformasında ölkə finalçısı olaraq Şotlandiyada keçirilən dünya finalında ölkəmizi 48 ölkə arasında təmsil edib. GIST startap inkubasiya proqramına qəbul əldə edərək, ABŞ-ın Texas və Vaşinqton ştatlarında 6 həftəlik proqramda iştirak edib. “Dubai Startup Exhibition 2019” sərgisində Azərbaycanı təmsil edib. 2019-cu il tarixlərdə “Bahrain Startup Week” və “Bahrain Deep Tech Bootcamp 2019” startap yarışında iştirak edərək, cihaz təminatı üzrə 20 ölkə arasında 2-ci yerə layiq görülüb. Bəhreyn Krallığının İqtisadi İnkişaf Palatası ilə görüşdən sonra layihənin Krallıqda pilot layihə olaraq başlamasına razılıq əldə edib. Beynəlxalq startap akselerasiya proqramı olan “Seedstars” proqramında Bakı üzrə 3-cü yerə layiq görülüb. BP şirkəti tərəfindən təşkil edilmiş “Yeni Fikir” startap müsabiqəsində ən innovativ layihə seçilərək 1-ci yerə layiq görülüb. 2019-cu ildə ixtira etdiyi cihaz vasitəsilə dünyanın ən yaxşı cihaz təminatı üzrə startap akselerasiya proqramı olan “Brinc” proqramına qəbul olub. 2017-ci ildən müxtəlif yerli və qlobal startap layihələrin müəllifi kimi fəaliyyət göstərir.