Şahgəldiyeva Mədinə Elçin qızı
Şahgəldiyeva Mədinə Elçin qızı - Kamança ifaçısıdır. Bir çox müsabiqə və konsertlərin iştirakçısıdır. Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb. Xalq Çalğı Alətləri üzrə ll Respublika müsabiqəsində 1-ci yerə, “Milli musiqi alətləri ifaçılarının Respublika Festivalı”nda 1-ci yerə və Bülbül adına Milli musiqi alətləri ifaçıları və xanəndələrinin l müsabiqəsində 1-ci yerə layiq görülüb.