Vəkilov Vurğun Mehman oğlu
Piano ifaçısıdır. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Fortepiano" fakültəsinin II kurs tələbəsidir. Hazırda akademik məzuniyyət götürərək Fransanın Paris şəhərində yerləşən "Ecole normale de Musique de Paris-Alfred Cortot" Akademiyasında təhsil alır. İtaliyanın Pesaro şəhərində keçirilən VIII "Çitta di Pesaro" Beynəlxalq müsabiqəsində I yerə, Fransanın Annemas şəhərində keçirilən Adilə Əliyeva adına pianoçuların X Beynəlxalq müsabiqəsində II yerə, VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Pianoçuların IV Beynəlxalq Müsabiqəsində I yerə layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabına" yazılıb və xüsusi aylıq təqaüdə layiq görülüb.