Tarix: 2017 mart 14
Mənbə:

Gənclər Təşkilatlarınım Milli Şurası “Qlobal Sahibkarlıq Konqresi”ndə iştirak edir

Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov Cənubi Afrika Respublikasının Yohhanesburq şəhərində keçirilən “Qlobal Sahibkarlıq Konqresi 2017”-də iştirak edir. S.Hüseynov Qlobal Sahabikarlıq Şəbəkəsinin Azərbaycan üzrə nümayəndəsidir. Tədbirdə 160 ölkədən 8500-dən artıq sahibkarlar, investor, tədqiqatçı və 55 ölkənin sahibkarlığın inkişafına cavabdeh nazir və siyasətçilər iştirak edirlər.
13-16 mart 2017-ci il tarixlərdə təşkil olunan konqresə artıq start verilib. Konqresdə rəsmi tədbirlər və görüşlərlə yanaşı, dünyanın aparıcı ekskpert və biznes-qurumları tərəfindən master-klaslar keçiriləcək və işçi qruplar təşkil olunacaqdır. Bir sıra sessiyaların iştirakçısı olacaq nümayəndələr sənayə liderlərindən uğurlu biznes təşəbbüsləri və təcrübələri haqqında dəyərli məlumatlar qazanmaq imkanı əldə edəcəklər. 
Qeyd edək ki, biznes mühitinin formalaşması üçün səmərəli platformaya çevrilən konqresdə yeni biznes ideyaların və startapların təqdimatı gözlənilir. 
Konqres çərçivəsində martın 13-də 160-dan artıq ölkədə fəaliyyət göstərən “Qlobal Sahibkarlıq Şəbəkəsi”nin illik yığıncağı keçirilib. Yığıncaqda fəaliyyət hesabatı, strateji planlar və 2020-ci ilə qədər baxışlar müzakirə olunub.
Məlumat üçün qeyd edək ki, gənclər təşkilatlarının vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.