“Texnologiyadan istifadə et, əsiri olma” adlı layihənin icrasına başlanılmışdır
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər İctimai Birliyi "Texnologiyadan istifadə et, əsiri olma" adlı layihənin icrasına start verilib. Layihə çərcivəsində ilk olaraq Bakı şəhərində marifləndirmə seminarı təşkil edilib. Seminarda ali məktəblərin tələbələri, QHT-lərin nümayəndələri iştirak ediblər.
Layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında informasiya texnalogiyalarından düzgün istifadə qaydalarını təbliğ etmək, onlara texnalogiya aludəçiliyinin və digər zərərli vərdişlərin gələcək həyatımıza mənfi təsirləri haqda məlumat vermək və asudə vaxtından düzgün istifadə etməklə cəmiyyətdə öz layiqli yerlərini tutmaları üçün maarifləndirmə işini həyata keçirməkdir.
Seminarda zərərli vərdişlərin insan həyatı üçün törətdiyi təhlükələrdən, xüsusi ilə gənclərin kompüter, planşet, ağıllı telefon və internetdən ölçüsüz və səmərəsiz istifadə edərək özləri də bilmədən internetin əsirinə çevrildikləri barədə məlumatlar verilmişdir.
Seminar zamanı zərərli vərdişlərlə mübarizənin yolları, informasıya texnologiyalarından düzgün istifadə qaydaları, informasıya texnologiyalarından istifadənin zərərləri və faydaları, informasıya texnologiyalarından istifadə zamanı vaxtın düzgün idarə olunması mövzularında iştirakçılara ətraflı və izahlı məlumatlar təqdim edilmişdir.