Tarix: 26.04.2017 16:15
Mənbə:

Regionlarda erkən nikahlarla bağlı maarifləndirci tədbirlərə Şirvandan start verildi

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi “Erkən nikahlarlara YOX: ictimai qınaq və maarifləndirməyə ailədən və təhsildən başlayaq” layihəs çərçivəsində ilk maarifləndirici seminar sessiya Şirvan şəhərində keçirildi. 

40-a yaxın gəncin iştirak etdiyi seminarın açılış hissəsində Şirvan şəhər İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Adəm Hüseynov, Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev, Qeydiyyat şöbəsinin müdiri Bəhman Quliyev, ADTGT sədri Asif Əsgərli, sədr müavini-layihənin eksperti Gülnarə Bağırova və digər aidiyyəti şəxslər çıxış edib layihə və qaldırılan aktual mövzu haqqında öz fikirlərini bildiridilər. 

İnteraktiv metodlarla gəncləri məlumatlandıran təlimçi və ekspert erkən nikahları doğuran səbəblər, onlara aparan yollar, onun fəsadları, hüquqi-sosial, tibbi və psixoloji təsirləri, dini nikahlar, təhsildən yayınma və digər aktual məsələlər ətrafında iştirakçılara ətraflı məlumatlar verilmiş və suallar cavablandırılmışdır. Seminarda eyni zamanda erkən nikahlara aid statistik məlumatlar, sosioloji sorğunun və monitorinqin nəticələri, sosial çarx və reklam roliki də nümayiş etdirilmişdir. 2 gün davam edən seminarın sonunda iştirakçılara təbliğat materialları və şəhadətnamələr təqdim edilmişdir. 

Xatırladaq ki, 4 ay davam edəcək layihənin məqsədi regionlarda yeniyetmə və gənc qızlar və oğlanlar arasında erkən nikahların yayılmasına “YOX” demək, onların özlərini və valideynlərini bu cür zərərli addımlardan çəkindirmək, bölgələrdə müxtəlif strukturların iştirakı ilə ictimai qınaq, maarifləndirmə kampaniyası və sosial aksiyalar təşkil etmək, eyni zamanda yeniyetmə qız və oğlanlar arasında təhsilə və peşə vərdişlərinə maraq və motivasiya yaratmaqdır.