Masallı rayonunda “Ətraf mühitin qorunmasında gənclərin könüllülük fəaliyyətinin artırılması “ adlı layihəyə start verilmişdir
“Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə “Ətraf mühitin qorunmasında gənclərin könüllülük fəaliyyətinin artırılması “ adlı layihəyə start vermişdir.
Layihə direktoru Səfərov Raci bildirmişdir ki, layihənin müddəti 01 mart – 01 iyul 2017-ci il tarixlərini əhatə edir. Layihə çərçivəsində Masallı rayonunda yaşayan 125 nəfər gənc üçün hərəsi 1 gün olmaqla ayrı-ayrı qrupdan ibarət ümumlikdə 1 günlük təlimlər keçirərək. Təlimlər ətraf mühitin qorunması istiqamətində olacaq. Təlimlər Masallı şəhəri, Ərkivan qəsəbəsi, Qəriblər kəndi, Dəmirçi kəndi və Musaküçə kəndinin gənclərinin iştirakı ilə Masallı oteldə keçiriləcəkdir.
Layihədə yaşı 16-29 arasi olan gənclər təşkilatlarının nümayəndələri, könüllülər, İctimai sektorları (icmaları) təmsil edən gənclər, ali və orta ixtisas müəssisələrinin tələbələri, orta məktəblərin 10-11-ci sinif şagirdləri və digər sahələri əhatə edən gənclərə üstünlük veriləcəkdir. Layihə çərçivəsində Masallı rayonunda ekoloji əlamətdar günlər qeyd olunacaqdır və “Mənim ekoloji hekayəm” mövzusunda məktəblilər arasında müsabiqə keçiriləcəkdir.Layihədə iştirak etmək istəyənlər tereqqi2013@gmail.come-mailinə
özü haqqında məlumatlar göndərməklə qeydiyyatdan keçə bilərlər.