Şərifov Mətin Əbdüləli oğlu
Şərifov Mətin Əbdüləli oğlu - Rəssamdır. Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülüb. Bir çox respublika və beynəlxalq sərgilərin iştirakçısıdır. Almaniyada keçirilən “Trio from Azerbaijan” adlı sərgidə, Bakıda keçirilən "Almaniya bir rəssamın gözü ilə", "Blue water", "Rənglərin dialoqu", "Nar", "Balıq bürcü", "Azərbaycan neft ölkəsi" sərgilərində iştirak edərək müxtəlif diplomlara layiq görülmüşdür.