İlin Gənci
İl: 2022

Turqay Mənaf oğlu Nəsirli

Tuqay Mənaf oğlu Nəsirli - Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsidir. İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) tərəfindən keçirilən sertifikasiya imtahanlarından altısını uğurla tamamlayıb, həmçinin, 2 imtahan üzrə Azərbaycan birincisi, digər 2 imtahan üzrə isə fərqlənmə diplomu əldə edib. 2020-ci ildə Erasmus+ proqramı vasitəsi ilə Macarıstanın Dunaujvaros Universitetində 1 semestrlik mübadilə proqramında iştirak edib və həmin ili əla qiymətlərlə bitirib. 2020-ci ildə keçirilən Ümummilli lider Heydər Əliyevin 97 illik yubileyinə həsr olunmuş Gənc Tədqiqatçıların üçüncü Beynəlxalq konfransında elmi məqalə ilə çıxış edib. 2021-ci ildən fakültənin baş mentoru kimi də fəaliyyət göstərir. Böyük İpək Yolu Gənclər Təşkilatı tərəfindən keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bilik yarışında ikinci yerə layiq görülüb. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan “Mən Azərbaycanlıyam” milli intellektual bilik yarışında həftənin qalibi seçilib. İrəli İctimai Birliyi tərəfindən keçirilən Strateji Menecment Məktəbində ikinci yerə layiq görülüb. ABŞ təhsilli Azərbaycan Alumni Assosiasiyası tərəfindən həyata keçirilən “Azərbaycan Business Case Competition” yarışmasında könüllü kimi, eyni zamanda həmin qurum tərəfindən təşkil edilən “Biznes Akademiyası” layihəsində fəal iştirak edib. Hal-hazırda “Deloitte & Touche” Məhdud Məsuliyyətli Audit Cəmiyyətində auditor kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, müxtəlif qeyri-hökümət təşkilatları tərəfindən keçirilən yarış və layihələrdə iştirak edib, diplom və fəxri fərmanlarla təltif olunub.