Cabbar Rasim oğlu Hüseynli
6 fevral 1997-ci ildə Naxçıvan şəhərində anadan olub. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsində, magistr təhsilini UNEC Biznes Məktəbində və İtaliyanın Boloniya Universitetində almışdır. Hal-hazırda isə UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində fəlsəfə doktoru proqramı üzrə doktorantura təhsili alır. Əlavə olaraq, ABŞ-nin “Yale” Universitetinin Maliyyə bazarları üzrə və İsveçrənin “Cenevrə” Universitetinin Portfel və risklərin idarə edilməsi üzrə kurslarını bitirmişdir. "Mən Azərbaycanlıyam" Milli İntellektual oyununun iki qat qalibi, "Heydər Əliyev və Azərbaycan tarixi" Ümumrespublika bilik yarışının, "Konfederasiya Kuboku" uğrunda, “Nərimanov kuboku” uğrunda, "Nə?Harada?Nə zaman?" intellektual oyunları üzrə Respublika birincisidir və "Müstəqil Azərbaycanım" Bilik yarışının qalibidir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər Mükafatı” ilə təltif edilərək təhsil sahəsindəki uğurlarına görə “İlin Gənci” adını qazanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gənclər Forumunun 20 illiyi ilə əlaqədar Zuğulba iqamətgahında keçirdiyi rəsmi qəbulunda və daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə keçirilən Gənclər Gününə həsr olunmuş Respublika Toplantısında protokol iştirakçısı olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Rektoru və Böyük Elmi şurasının səsvermə hüquqlu üzvü olubdur. Qeyd edilən uğurları Azərbaycan Dövlət İqtisad Universitetinin Muzeyində daimi olaraq sərgilənir.