Mənim Azərbaycanım!!!
Gənclər və İdman Nazirliyi tərəfindən 26-27 may 2014-cü il tarixdə 28 may – Respublika günü ilə əlaqədar Heydər Əliyev Mərkəzində “Mənim Azərbaycanim” adlı Festival keçirildi.
Tədbirin məqsədi gənclərin Azərbaycanın mədəniyyəti, tarixi, ziyalıları, folkloru haqqında məlumatlandırılması, regionların sosial-iqtisadi inkişafının nümayiş etdirilməsindən ibarət olmuşdur.
Festivalda hər rayonun gəncləri tərəfindən rayonun 10 dəqiqəlik təqdimatı keçirilmiş və rayonun inkişafını, mədəniyyətini, tarixini əks etdirən sərgi nümayiş etdirilmişdir.