Tarix: 2014 may 23
Mənbə:

“Məzun 2014” yarmarkası

“Məzun 2014” yarmarkası

Gənc mütəxəssislərin işlə təmin edilməsinə köməkliyin göstərilməsi məqsədilə 23 may 2014-cü il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində IX “Məzun 2014” yarmarkası keçirilmişdir. Yarmarkada 97 müəssisə və təşkilat tərəfindən 985 vakant iş yeri təqdim edilmiş, 3000 nəfərə yaxın məzun tədbirdə iştirak etmişdir.

“Məzun” yarmarkasının keçirilməsində məqsəd – tələbələrin hazırlığı prosesində tədrislə istehsalat arasında sıx əlaqələrin yaradılması və ali təhsil müəssisələrində təhsil alan, eləcə də məzun olmuş gənclərin məşğulluq probleminin həllinə köməkliyin göstərilməsi olmuşdur.

“Məzun” yarmarkaları 2006-cı ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində keçirilir. İlk dəfə keçirilmiş yarmarkada 143 vakansiya təqdim edilmişdirsə, 2014-cü ildə vakansiyaların ümumi sayı 1000 yaxınlaşmışdır. “Məzun” yarmarkalarında həm dövlət, həm də özəl qurumları təmsil edən maliyyə, sənaye, turizm, xidmət, nəqliyyat, rabitə, səhiyyə, intellektual biznes və digər sahələrin şirkət və təşkilatları iştirak edirlər. Ötən illər ərzində həyata keçirilmiş əmək yarmarkalarında 4000-dən çox mövsümi və daimi əsaslarla iş yerləri təqdim edilmişdir.