Tarix: 06.07.2017 02:00
Mənbə:

Şirvan şəhərində yeni “Gənclər evi”nin açılış mərasimi keçirildi

Bu gün Şirvan şəhərində yeni inşa edilmiş “Gənclər  evi” nin açılış mərasimi keçirildi. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev və digər rəsmilər iştirak edirdilər.
Şirvan şəhər “Gənclər evi”  Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilmişdir. Şirvan şəhəri  də daxil olmaqla, bu gün ölkədədə 39  “Gənclər evi” fəaliyyət göstərir.  Qarşıdakı müddətdə daha 4 (dörd) gənclər evinin istifadəyə verilməsi nəzərdə tutulur.
     Şirvan Gənclər Evinin texniki göstəriciləri barədə məlumat
Gənclər Evi  3 mərtəbə və zirzəmidən ibarətdir.
Ümumi sahəsi  S=2690.9 m2, Tikintialtı sahəsi  S=997.7 m2
Zirzəmidə Gənclər Klubu, Fitnes və Bilyarard zalı, Masaüstü oyunlar və masaüstü tenis zalı yerləşir.
I mərtəbədə giriş hissədə ümummilli lider və cənab Prezidentin Guşəsi, İnformasiya guşəsi,Ünsiyyət və İnternet klub, Qarderob, Gənclərin İntelektual Klubu, İdarənin inzibati otaqları, bufet və 5 ədəd 2 nəfərlik Hostel ( yataq otaqları) yerləşir.
II mərtəbədə Vətənpərvərlik Klubu, Peşə yönümü mərkəzi, Karyera mərkəzi, Gənc İqtisadçılar Klubu, Texnika və İqtisadçılar Klubu, İstedadların Hazırlığı Labaratoriyası, Kampyuter Qrafikası, Psixisosial Reablitasiya mərkəzi, Ekologiya dərnəyi, Kitabxana, Sərgi Zalı,Rəsm Studiyası, Videostudiya, Xalçaçılıq dərnəyi, Diyarşünaslıq klubu, Xarici Dil klubu və Gənclər Evinin inzibati otaqları yerləşir.
III mərtəbədə 108 nəfərlik Konfrans Zalı, Hazırlıq otağı,  15 nəfərlik Dəyirmi Masa zalı, Bufet və Mətbəx yerləşir.
 Bina müasir Ruftof tipli kondinsoner və havalanma sisitemi ilə təchiz edilmiş, avtanom isitmə (qazanxana) ilə təmin  edilmişdir.
  Ərazidə Qazanxana, Transfarmator yarımstansiyası, 2 ədəd 100m3-luq yanğın əleyhinə su anbarı və 1 ədəd 100m3-luq içməli su anbarı inşa edilmişdir.
Xarici qaz təchizatı – 297p.m metal boru.
Xarici Elektrik təchizatı – 1030 m
Xarici rabitə -2030 m
Xarici su və kanalizasiya – 20/89.9 m
Abadlaşma–1812m2
Yaşıllaşma- 360m2
Dekorativ hasar – 144.3 p.m
Ayrılmış ərazi 0.3 ha (3000m2) 
Obyektin ümumi sahəsi S= 2939.2m2
Ümumi Tikintialtı sahəsi S= 1187.9m2
Obyektin ümumi həcmi H= 11417.4m3 təşkil edir.
Tikinti işlərinə 2012-ci ilin noyabr ayında başlanılmışdır.
Layihə təşkilatı - Archico MMC
Podratçı təşkilat – “Azəraqrartikinti” ASC-nin “Qobustan Aqrar Tikinti” filialı; “Inkişaf Təmir Tikinti” MMC
               Şirvan şəhəri Gənclər Evi
OTAQLARIN FƏALIYYƏT TƏYINATINA GÖRƏ BÖLGÜSÜ
Tikili zirzəmi və 3 mərtəbədən ibarətdir.
Zirzəmidə masaüstü oyunlar, masaüstü tennis,  fitnes və bilyard zalı, soyunma-geyinmə otağı, sahəsi 304 kv.m olan mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün zal yerləşir.
1-ci mərtəbədə:
1. Holl
2. Məlumat guşəsi
3. Ünsiyyət klubu (Əlilliyi olan gənclərlə iş)
4. İnternet klub
5. Gənclərin intellektual klubu (Kiçik Kafe)
6. Hostel - 5 otaqlı (10 çarpayılıq) qonaq otağı
7. Şəhər Gənclər və idman idarəsi üçün iş və toplantı otaqları (inzibati hissə)
2-ci mərtəbədə:
1. Vətənpərvərlik klubu
2. Karyera mərkəzi
3. Peşə yönümü mərkəzi
4. Gənclər üçün "Qaynar xətt" və əyani psixososial reabilitasiya otağı
5. Kitabxana (həmçinin elektron kitabxana)
6. Rəsm studiyası
7. Sərgi zalı
8.  Texnika və ixtiraçılıq klubu
9.  Gənc iqtisadçılar klubu
10.  "İstedadların hazırlığı laboratoriyası" (fənnlər üzrə əlavə hazırlıq)
11.  Xarici dil danışıq klubu (Conversation club)
12.  Video studiya
13.  Ölkəşünaslıq dərnəyi
14. Tikiş və toxuculuq dərnəyi
1.  Ekologiya dərnəyi
16. Kompyüter qrafikası dərnəyi
1.  Gənclər Evinin müdiriyyəti üçün iş otaqları - inzibati hissə
3-cü mərtəbədə:
1. Akt zalı - 108 nəfərlik
2. Kiçik toplantı zalı (dəyirmi masa zalı)
3. Açıq terrasa