Qaçqın və məcburi köçkün gənclərin IV yaradıcılıq festival-müsabiqəsi keçirildi
23 noyabr 2017-ci il tarixdə saat 15:00-da Gənc Tamaşaçılar Teatrında Qaçqın və məcburi köçkün gənclərin IV yaradıcılıq festival-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi və qala-konsertin keçirilib.
Festival-müsabiqənin keçirilməsində əsas məqsəd - qaçqın və məcburi köçkün gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmələrinə kömək göstərilməsi, onlara olan dövlət qayğısının daha da artırılması və asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarətdir. Tədbir çərçivəsində qaçqın və məcburi köçkün gənclər arasında rəsm, musiqi, rəqs sahəsində müsabiqələri keçirilib.
Məlumat üçün bildiririk ki, tədbirin proqramına uyğun olaraq, 22 noyabr 2017-ci il tarixdə saat 11:00-dan etibarən R.Behbudov adına mahnı Teatrında mədəniyyət xadimlərindən ibarət yaradılmış Münsiflər heyəti tərəfindən qaliblərin seçim mərhələsinin keçirilmişdir.